Bakı sakini binanın damında infarkt keçirərək vəfat edib

Bakıda bədbəxt hadisə baş verib. "Yeniavaz.com" FHN-in saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda 1938-ci il təvəllüdlü Əzimov Hüseyn Səməd oğlu beşmərtəbəli binanın damına çıxaraq partlamış su borusunu təmir etmək istəyib. H. Əzimovun təmir zamanı ürəyi tutub və hadisə yerində keçinib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq onun cəsədini binanın damından endirərək aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top