İran ordusu hərbi təlimlərə başlayıb

Fevralın 4-də İran ordusu hərbi təlimlərə başlayıb. Bu haqda İranın dövlət televiziyası xəbər verib. Hərbi təlimlər bir həftə davam edəcək. Təlimlər zamanı İran istehsalı olan raket sistemləri, nəzarət mərkəzləri sınaqdan keçiriləcək. Bu arada Yaponiyada olan ABŞ-ın müdafiə naziri Jim Mattis İranı terroru dəstəkləyən ölkə olmaqda ittiham edib. Fevralın 3-də ABŞ-ın ballistik raket sınağı ilə bağlı İrana yeni sanksiyalar tətbiq etməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.Azadliq.org

DİGƏR XƏBƏRLƏR

Top