Fransada 250 min nəfər işıqsız qalıb

Fransanın cənub-qərbində "Lev" adlandırılan güclü qasırğa səbəbindən təxminən 250 min sakin elektrik enerjisiz qalıb. Bu barədə Fransanın "Enedis" operator-şirkəti məlumat verib. Şirkətin məlumatına görə, qasırğanın səbəblərinin aradan qaldırılması üçün şirkətin işçiləri gücləndirilmiş iş rejimində çalışırlar. Qasırğa səhər saatlarında başlayıb və küləyin sürəti bəzi yerlərdə 148 km/s olub. Daha öncə metereoloqlar hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar "qırmız təhlükə" siqnalı barədə xəbərdarlıq etmişdilər.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top