3D printerdə çap olunmuş ilk piyada körpüsü-FOTO

Madriddə 3D printerdə çap olunmuş dünyada ilk piyada körpüsü açılıb. Körpü 8 hissədən ibarətdir və termoplastik polipropilenlə gücləndirilmiş sement tozundan hazırlanıb. Konstruksiya 12 uzunluğa və 1,75 enə sahibdir. Layihə İspaniyanın “Acciona” tikinti şirkətinin rəhbərliyi altında hazırlanıb. Şirkətin komandası memarları, mühəndis-mexanikləri, mühəndis konstruktorları və şəhər rəhbərliyinin nümayəndələrini birləşdirib. Layihəçilər arasında böyük obyektlər, eləcə də çoxmərtəbəli binaların çapı üçün 3D-printerin yaradıcısı Enriko Dini də olub. Körpü ekoloji layihənin bir hissəsi olub. Tikilinin özü tamamilə yenidən işlənmiş materiallardan ibarətdir. Mühəndislərin sözlərinə görə, gələcəkdə 3D printer tikintinin zamanını 50-70%, əmək xərclərini isə 50-80% azalda biləcək.

DİGƏR XƏBƏRLƏR

Top