Tramp fərmanını ləğv edən hakimin qərarına münasibət bildirdi

ABŞ prezidenti Donald Tramp miqrasiya rejiminin sərtləşdirilməsinə yönəldilmiş prezident fərmanının icrasına müvəqqəti qadağa qoyan Sietl federal hakiminin göstərişini gülməli adlandırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp “Tvitter” mikrobloqunda yazıb. O bildirib: “Ölkəmizdə əslində qayda-qanunu ləğv edən bu qondarma hakimin qərarı gülməlidir və ləğv ediləcək!”.

Qeyd edək ki, ötən gün Sietldəki federal məhkəmə ABŞ administrasiyasına bu yaxınlarda prezident Donald Trampın imzaladığı miqrasiya məhduyyətləri haqqında fərmanın icrasını qismən dayandırmaq tapşırığı verib. Ceyms Robart adlı hakimin tapşırığı fərmanın bütün ölkə üzrə fəaliyyətini dayandırır. Onun fərmanın icrasının müvəqqəti dayandırılmasına tətbiq etdiyi qadağa məhkəmənin Vaşinqton ştatının baş prokuroru Bob Ferqyusonun D. Trampın məlum fərmanlarının müddəalarının ləğvinə yönəlmiş iddiasına baxdığı müddətdə keçərlidir.

Xatırladaq ki, D. Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalamışdı. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan - olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. D. Tramp, həmçinin İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkə ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top