Qasırğa Fransada 220 min evi işıqsız qoyub

Fransada tuğyan edən Levi qasırğası böyük dağıntılara yol açıb. "Yeniavaz.com"un RBK saytına istinadən verdiyi məlumata görə, saatda 160 kilometr sürətlə hərəkət edən qasırğa ağacları yerindən çıxarıb, elektrik dirəklərini aşırıb. Nəticədə 220 min ev işıqsız qalıb. Qasırğanın fəsadları daha çox Akvitaniya regionunda özünü hiss etdirib. Regionda yollarda hərəkət iflic halına düşüb, əhali evlərindən çıxaraq daha təhlükəsiz yerlərdə, fövqəladə hallar üçün nəzərdə tutulan sığınacaqlarda daldalanmağa məcbur olublar. Qasırğanın tüğyan etdiyi ərazilərdə çoxlu sayda yaralananlar var. Qasırğadan həmçinin Şarante, Jironde departamentləri də güclü zərər görüb. Ümumilikdə isə güclü qasırğa ilə əlaqədar Fransanın 16 departmentində qırmızı həyəcan siqnalı elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top