Meloninin Zelenskidən narazılıq etdiyi bildirilir – “Həqiqətən bezmişəm”


İtaliyanın Baş naziri Ciorcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevin Liviyada Rusiya gəmilərinə hücumundan narazılığını ifadə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Meloni Ukraynanın Benqazi limanında həyata keçirdiyi əməliyyatla bağlı Romaya əvvəlcədən məlumat verməməsinə qəzəblənib. İtaliya baş naziri Kiyevin bu cür addımlarından “həqiqətən bezdiyini” bildirib.
Qeyd olunur ki, Ukrayna Prezidenti əməliyyatların tərəfdaşlarla əlaqələndirildiyini açıq şəkildə bəyan etsə də, İtaliya hakimiyyəti hücum barədə əvvəlcədən heç bir məlumat almayıb.
Romanı xüsusilə hücumun Aralıq dənizində İtaliyanın təhlükəsizliyinə və iqtisadi maraqlarına mümkün təsirləri narahat edir. İtaliya hökuməti Rusiyanın cavab tədbirləri görə biləcəyini, regionda fəaliyyət göstərən İtaliya şirkətlərinə, o cümlədən enerji nəhəngi “Eni”yə təzyiq göstərə biləcəyini istisna etmir. Bundan əlavə, miqrasiya təzyiqinin artması ehtimalı da narahatlıq doğurur.
Hadisə İtaliyada daxili siyasi mübahisələrə də yol açıb. Müxalifət hökumətin Ukraynaya dəstəyini tənqid edir. Rusiyanın İtaliyadakı səfirliyi isə Kiyevin hərəkətləri ilə bağlı İtaliya cəmiyyətində yaranan narahatlığı bölüşdüyünü açıqlayıb.
İtaliyanın Baş nazirinin müavini Matteo Salvini məsələ ilə əlaqədar Dəniz Təhlükəsizliyi Komitəsinin təcili iclasını çağırıb.
Zelenski daha sonra Liviyadakı əməliyyatın tərəfdaşlara əvvəlcədən məlumat verilmədən həyata keçirildiyini izah edib. “Corriere della Sera”nın yazdığına görə, Ukrayna prezidentinin üzr istəməsi gərginliyi müəyyən qədər azaltsa da, Romanın narahatlıqlarını aradan qaldırmayıb.
Meloni NATO-nun cənub cinahının müdafiəsini gücləndirmək və Aralıq dənizində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top