“Qalatasaray”ın ulduz futbolçusu ilin sonunadək oynamayacaq


Türkiyənin “Qalatasaray” klubu “Beşiktaş”la derbi qarşılaşması ərəfəsində ciddi itki ilə üzləşib.
Yeniavaz.com
xəbər verir ki, komandanın portuqaliyalı futbolçusu Rafael Leao aldığı zədə səbəbindən mövsümün ilk yarısında meydana çıxa bilməyəcək.
Məlumata görə, 27 yaşlı futbolçu “Qalatasaray”ın “Amedspor”la qarşılaşmasında zədələnib. Tibbi müayinələr zamanı onun sağ ayağının arxa bud əzələlərində ciddi gərilmə və qanama aşkarlanıb.
Müalicəsini Qətərdə davam etdirən Rafael Leaonun dekabrın 8-də AEK-ə qarşı keçiriləcək UEFA Çempionlar Liqası matçında meydana qayıdacağı gözlənilirdi. Lakin son müayinələr futbolçunun zədəsinin ilkin ehtimallardan daha ciddi olduğunu üzə çıxarıb.
Portuqaliyalı oyunçunun gələn həftə İstanbula qayıtması və fərdi məşqlərə başlaması planlaşdırılır.
Rafael Leaonun 2027-ci il yanvarın 17-də “Qaziantep FK” ilə keçiriləcək qarşılaşmaya qədər hazır vəziyyətə gətirilməsi hədəflənir.
Qeyd edək ki, Rafael Leao bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 11 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top