Moldova prezidenti Dnestryanıya xüsusi status təklif edir

Moldova prezidenti İqor Dodon qondarma Dnestryanı Respublikasına ölkənin ərazi bütövlüyü çərçivəsində xüsusi status verməyə hazır olduğunu bəyan edib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Dodon ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Xarici işlər naziri Sebastyan Kurtsla görüşündə deyib ki, Dnestryanı problemini sülh yolu ilə həll etməyə hazırdır: "Dnestryanı münaqişəsi bölgənin Moldovaya inteqrasiyası və ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun üçün Moldova Dnestryanıya xüsusi idarəetmə statusu verməyə hazırdır".

Öz növbəsində Kurts da ATƏT-in münaqişənin həllli ilə bağlı səylərini artıracağını vəd edib. O qeyd edib ki, Avropa Birliyi də Dnestryanı probleminin Moldovanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.

DİGƏR XƏBƏRLƏR

Top