Daha bir ölkə miqrantlardan qorunmaq üçün hasar tikir

Latviya Rusiya ilə sərhəddə 23 kilometr uzunluğunda hasar ucaldıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Latviyanın Dövlət Sərhəd Mühafizəsi Xidmətinin nümayəndəsi Yevgenuya Poznyak deyib. Onun sözlərinə görə, hasarın çəkilməsində məqsəd ölkəyə qanunsuz miqrantların daxil olmasının qarşısını almaqdır. Xanım Poznyak qeyd edib ki, 2017-ci ildə sərhədin hazırlanmasına 6,3 milyon avro ayrılıb: “Bu vəsaitə 150 kilometr uzunluğunda sərhədyanı zolağı hazırlamaq və 60 kilometrlik hasar tikmək planlaşdırılır”.

Qeyd edək ki, Latviya-Rusiya sərhədinin ayrı-ayrı hissəslərində ümumilikdə 90 kilometr uzunluğunda hasar tikiləcək. Bu məqsədlərə ümumilikdə 17 milyon avrodan çox vəsait xərclənəcək. Hasarın hündürlüyü tikanlı məftillər nəzərə alınmaqla 2,7 metr təşkil edəcək .Orada müşahidə kameraları və hərəkət ötürücüləri quraşdırılacaq. 2015-ci ildə start verilən hasar tikintisinə 2019-cu ildə yekun vurulacaq. Ötən il Latviyada səhədi qanunsuz keçən 369 nəfər saxlanılıb ki, bunun da 250-si Vyetnam vətəndaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top