
Braziliya millisinin sabiq hücumçusu, 50 yaşlı Ronaldo Nazariu 1997-ci ilin yayında “Barselona”dan ayrılaraq Milanın “İnter” klubuna keçməsinin səbəbini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Stick to Football” podkastında danışıb.
Ronaldo bildirib ki, həmin dövrdə “Barselona”da illik 2 milyon avro maaş aldığı halda, “İnter” ona 8 milyon avro təklif edib.
Bundan əlavə, “Barselona”ya transferi üçün ödənilən 20 milyon avronun müəyyən hissəsini də özü əldə edib.
“İnter”in təklif etdiyi yüksək maaş səbəbindən Barselonadan ayrılmaq qərarına gəldim”, – deyə Ronaldo bildirib.
Qeyd edək ki, braziliyalı futbolçu 1996-cı ildə PSV-dən “Barselona”ya transfer olunmuş, 2002-ci ildə isə “İnter”dən Madrid “Real”ına keçmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz