İmamoğlunun namizədlik ehtimalı qalmadı: Yavaş prezidentliyə namizəd olacaq?


YENİ Partiya lideri Özgür Özəlin İYİ Partiya və Zafer Partiyasının da daxil olacağı yeni sağ ittifaq quracağı və bu ittifaqın namizədinin Mansur Yavaş olacağı barədə iddiasına Ankaranın bələdiyyə sədri münasibət bildirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yavaş sözügedən iddianı qəti şəkildə təkzib edib.
“Beş ildir ‘Namizəd kim olacaq?’ müzakirələri aparılır. Seçki başa çatdı, indi eyni müzakirələr yenidən davam edir. Halbuki biz Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbərliyindəyik. Ankaranın həllini gözləyən çoxsaylı problemləri var. Biz diqqətimizi onlara yönəltmişik və belə də davam edəcəyik. Bu cür gündəmimiz yoxdur”.
Yavaş prezidentlik və siyasi ittifaq müzakirələrinə qoşulmağın vəzifəsinə qarşı məsuliyyətlə uyğun gəlmədiyini bildirib.
Xatırladaq ki, Türkiyənin ən yüksək inzibati məhkəməsi - Danıştay İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun universitet diplomunun ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.
“BirGün” yazır ki, bu qərar Əkrəm İmamoğlunun prezidentliyə namizəd olmaq imkanının aradan qalxması deməkdir.

DİGƏR XƏBƏRLƏR

Top