Aeroportda İsrail və Türkiyə vətəndaşları arasında kütləvi dava – Video


Batumi hava limanında İsrail və Türkiyə vətəndaşları olan futbol azarkeşləri arasında insident baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilir ki, əlverişsiz hava şəraiti səbəbindən hava limanında qalan azarkeşlər arasında qarşıdurma yaranıb.
İnsidentin səbəbi hələ məlum deyil. Gürcüstan polisi hadisəyə müdaxilə edərək tərəfləri ayırıb.
Hadisə İsrailin “Hapoel Beer Şeva” və Türkiyənin “Beşiktaş” komandaları arasında Batumidə keçirilən oyundan bir neçə gün sonra baş verib. Həmin görüş zamanı tribunada türkiyəli azarkeşlərlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma yaşanmış, hakim oyunu müvəqqəti dayandırmışdı.
Matç Türkiyənin İsrail komandalarını qəbul etməkdən imtina etməsi səbəbindən Gürcüstanda keçirilmişdi. Məlumata görə, qarşıdurma gürcü polisi “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı açmasına mane olduqda başlamışdı.
İsrail mediasının məlumatına görə, bir neçə yüz israilli azarkeş oyunu türk tərəfdarlardan ayrı və gücləndirilmiş təhlükəsizlik tədbirləri altında izləyib. Onlar stadiondakı qarşıdurmalarda iştirak etməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top