Ukrayna tərəfi lazer silahı ilə Rusiya dronunu vurduğunu iddia edir


Ukraynanın dövlət tərəfindən dəstəklənən “Brave1” müdafiə qrupu cümə günü AFP-yə bildirib ki, Ukrayna ilk dəfə olaraq Rusiyaya məxsus reaktiv dronunu vurmaq üçün lazer silahından istifadə edib.
Yeniavaz.com
xəbər verir ki, bu həftənin əvvəlində Prezident Volodimir Zelenskinin müşaviri Sergey Beskrestnov atəş meydanına düşən hədəfi göstərən görüntüləri yayımlayaraq iddia etmişdi ki, Rusiyaya məxsus “Geran” reaktiv dronu lazer sistemi ilə ilk dəfə vurulub.
“Brave1” xəbərdarlıq edib ki, ilk uğurlu ələ keçirmə texnologiyanın kütləvi istifadəyə hazır olması demək deyil.

DİGƏR XƏBƏRLƏR

Top