
Türkiyənin Kocaeli şəhərindən Boluya ekskursiyaya gedən və itkin düşən 10 qız, həmçinin onları müşayiət edən 3 nəfər tapılıb.
Yeniavaz.com xəbər verir ki, mikroavtobusun qayıdarkən Düzcenin Yığılca rayonunda palçığa batdığı və onların yolda köməksiz qaldığı məlum olub.
GPS məlumatları əsasında aparılan axtarışlar nəticəsində azyaşlıların yeri müəyyən edilib və xilasetmə qrupları onların hamısını təhlükəsiz şəkildə təxliyə edib. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.
Uşaqların tapılması xəbərini alan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş sevinc göz yaşlarını saxlaya bilməyib və xoş xəbəri Prezident Rəcəb Tayyib Ərdoğanla bölüşüb.
Tətbiqimizi yükləyə bilərsiniz