“Hörmüz boğazı İranın operativ nəzarəti altındadır” – SEPAH


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Ozmayın bildirib ki, Hörmüz boğazı İranın operativ nəzarəti altında qalır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
Ozmayın Fars körfəzi adalarından birində yerləşən hərbi-dəniz bölməsinə səfəri zamanı strateji əhəmiyyətli su yoluna nəzarətin sadəcə siyasi bəyanat olmadığını, İranın hərbi imkanları ilə təmin edilən real vəziyyət olduğunu vurğulayıb.
“Biz yalnız bu su yoluna nəzarət etmirik, həm də Hörmüz boğazının tam mərkəzində qüvvələr balansını dəyişmək imkanları yaratmışıq”, - deyə o bildirib.
Ozmayın həmçinin qeyd edib ki, gəmilərin boğazdan təhlükəsiz və maneəsiz keçidi İranın suveren hüquqlarına hörmət edilməsindən asılıdır.

DİGƏR XƏBƏRLƏR

Top