Sərhədi pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanıldı


Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.
“Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top