
Əfqanıstanın Kunar əyalətində məktəbin yaxınlığında partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TOLO News” yerli polisə istinadən məlumat yayıb .
Bildirilib ki, hadisə yerli vaxtla saat 10:00-da baş verib.
Telekanal hadisə nəticəsində yeddi nəfərin öldüyünü, 97 nəfərin yaralandığını bildirib.
Qeyd olunub ki, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
İddiaya görə, partlayışa məktəbin yaxınlığındakı bir evdə saxlanılan və mədən əməliyyatları üçün nəzərdə tutulmuş maddə səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz