
Prezident İlham Əliyev Baş nazir Əli Əsədovu “Şərəf” ordeni ilə təltif edib.
Yeniavaz.com xəbər verir ki, Prezident bununla bağlı sərəncam imzalayıb.
“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilsin”, - sərəncamda deyilir.
Qeyd edək ki, noyabrın 30-da Əli Əsədovun 70 yaşı tamam olur.
Tətbiqimizi yükləyə bilərsiniz