
Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident, Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.
Əminəm ki, birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə və daha da dərinləşməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Prezident, həmçinin Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə də təbrik məktubu ünvanlayıb.
“Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin mövcud potensialından səmərəli istifadə edərək qarşılıqlı fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə müvəffəqiyyətlər, dost Mavritaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”, - məktubda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz