
Kanadanın ali məhkəməsi Kvebek əyalətində dövlət sektorunda çalışan işçilərin hicab və xaç da daxil olmaqla dini simvollar taxmasını qadağan edən qanunu, əsasən, qüvvədə saxlayıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, “Bill 21”vadlanan bu qanun müxtəlif qruplar tərəfindən məhkəmə mübahisəsinə çıxarılıb.
Həmin qruplar arasında müsəlman, siqh və katolik qadın müəllimlər də var idi. Onlar qanunun fundamental hüquqlarını pozduğunu iddia edirdilər.
Kvebekdə 2019-cu ildə Kanadanın Konstitusiyasının xüsusi mexanizmi olan “notwithstanding clause” (hüquqlara istisna müddəası) əsasında bu qanun qəbul edilib. Bu hüquqi mexanizm hökumətlərə din azadlığı kimi müəyyən hüquqları məhdudlaşdırmağa və ya onlara dair konstitusion təminatları qüvvədən salmağa imkan verir.
Ali Məhkəmənin qərarı Kanada tarixində ən çox diqqət çəkən qərarlardan biri hesab olunur.
Tətbiqimizi yükləyə bilərsiniz