Kim Çen In Rusiyaya yardımı dayandırıb?


Oktyabr ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun açıqlamasından sonra Rusiya ilə KXDR arasında gərginlik yaranıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.
Sonuncu qeyd edib ki, Kreml gələcəkdə Seul və Pxenyan arasındakı münasibətlərin gərginliyinin azaldılmasına kömək edəcək və bu, Şimali Koreyada qəzəbə səbəb olub.
“Ayın sonunda Şimali Koreyanın xarici işlər naziri Çxve Son Xi bu cür açıqlamaların iki ölkə arasında müttəfiqlik müqavilələrinin mahiyyəti ilə ziddiyyət təşkil etdiyini qeyd edib və Rusiyanın Cənubi Koreyaya qarşı siyasəti ilə bağlı aydınlıq gətirilməsini tələb edib.
Çxve Son Xi Rusiyaya hərbi dəstəyin müvəqqəti olaraq dayandırıldığını elan edib. Mövcud məlumata görə, Kim Çen In şəxsən qərar verib.
Xüsusilə, məhdudiyyətlərə Rusiya hərbi nəqliyyat təyyarələrinin Şimali Koreya hava məkanından istifadəsinə qadağa, eləcə də, KN-23 ballistik raketlərinin və daha bir partiya artilleriya sursatının çatdırılmasının dayandırılması daxildir.
Bundan əlavə, Pxenyan Rusiyanın Rusiyadakı Şimali Koreya hərbi mövcudluğunu 8500-dən 50 000-ə qədər artırmaq tələbini geri götürür”, - Ukrayna kəşfiyyatı qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top