Ukrayna Qara dənizdə atəşkəs təklif etdi – Rusiyadan cavab gözləyir


Ukrayna qida ixracını təmin etmək üçün Qara dənizdə atəşkəs elan edib və beynəlxalq müttəfiqlərinə müvafiq təklif təqdim edib.
Yeniavaz.com
“Suspilne”a istinadla xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
“Biz atəşkəsə hazırıq. Qara dənizdə gərginliyin azaldılmasında və vasitəçilikdə fəal və mühüm rol oynayan Hindistan, Türkiyə və Misirə təşəkkür edirik. İndi Rusiyanın cavabını gözləyirik”, - o qeyd edib.
Nazir həmçinin qeyd edib ki, atəşkəsin bir hissəsi olaraq Rusiya Ukraynaya Rusiyanın neft sektoruna hücumları dayandırmağı təklif edib. Onun sözlərinə görə, ancaq Kiyev bu məsələni yalnız enerji sektorunda atəşkəs haqqında daha geniş razılaşmanın bir hissəsi kimi görür.

DİGƏR XƏBƏRLƏR

Top