
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Tula vilayətində yerləşən Yefremov Sintetik Kauçuk Zavodunu vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, zavod “İskəndər” raketləri də daxil olmaqla, qısa mənzilli və ballistik raketlər üçün bərk raket yanacağı istehsal edir.
Orudunun məlumatına görə, bu müəssisə Rusiyanın aparıcı sintetik kauçuk istehsalçılarından biridir və hərbi-sənaye kompleksi üçün strateji əhəmiyyət kəsb edir.
Hücum nəticəsində müəssisənin yaxınlığında böyük yanğın baş verib. Zavodun əsas istehsal bölmələri olan DK-5 və DK-7 yaxınlığında çoxsaylı partlayışlar və yanğın ocaqları qeydə alınıb. Hazırda zərbənin təsiri və dəymiş ziyanın miqyası qiymətləndirilir.
Zavodu elektrik enerjisi ilə təmin edən Yefremov istilik və elektrik stansiyasının da zədələndiyi bildirilir.
Qeyd edək ki, Yefremov zavodu sintetik kauçuk, polimerlər və poliizobutilen əlavələri üzrə ixtisaslaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz