“Mançester Yunayted” kapitanı ilə müqaviləsini uzatdı


İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeslə müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn sosial şəbəkə səhifələrində məlumat verib.
Əvvəlki müqavilə gələn yaya qədər qüvvədə idi.
Ornşteyn bildirib ki, yeni müqavilə portuqaliyalı futbolçunun klubdan ayrılmasını istisna etmir.
Qeyd edək ki, 32 yaşlı Fernandes 2020-ci ildən bəri “Mançester Yunayted”də oynayır və orada İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.
O, əvvəllər İtaliyanın “Udineze” və “Sampdoriya” klublarında, eləcə də Portuqaliyanın “Sportinq” klubunda oynayıb. O, bu klubla iki Portuqaliya Liqa Kubokunu və bir Portuqaliya Kubokunu qazanıb.
Fernandes həmçinin Portuqaliya millisi ilə iki Millətlər Liqasının (2019 və 2025) qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top