Paşinyan və Putin 102-ci hərbi bazanı müzakirə edəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvada keçiriləcək danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistandakı Rusiya hərbi bazasını müzakirə edəcək.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
“Əlbəttə ki, hərbi bazamızla bağlı məsələyə də toxunulacaq. Bu hərbi baza regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində çox vacib elementdir", - Peskov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin mövqeyini burada eşitmək, şübhəsiz ki, maraqlı olacaq. Buna görə də, qarşıdan gələn danışıqların gündəliyi olduqca gərgin olacaq.
Peskov həmçinin Ermənistan-Rusiya münasibətlərinin ümumi vəziyyətinə toxunaraq, onların hərtərəfli xarakter daşıdığını qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, mövcud çətinliklərə baxmayaraq, ikitərəfli münasibətlər kifayət qədər əhatəlidir.
O əlavə edib ki, Paşinyanın Rusiyaya səfəri çoxdan razılaşdırılıb və artıq Ermənistan tərəfi bu barədə elan edib.  Peskov Rusiya tərəfinin də səfərə hazırlaşdığını qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan ilkin razılığa əsasən, onun Moskvaya səfərinin 3 dekabra planlaşdırıldığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top