Ramiz Mehdiyev Əli Kərimlinin məhkəməsində videokonfrans vasitəsilə ifadə verdi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin növbəti məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.
Bildirilir ki, bu gün məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib.
Məlumata görə, o, evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb.
Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.
Qeyd olunur ki, bununla da bütün şahidlərin dindirilməsi başa çatıb.
Dekabrın 1-də iş materiallarının tədqiqinin başlayacağı bildirilir.
Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.

DİGƏR XƏBƏRLƏR

Top