
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə məscidlər əvəzinə kitabxanaların tikilməsinin vacibliyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Tokayev bu barədə Moskvada süni intellektə həsr olunmuş konfrans çərçivəsində məktəblilər və tələbələrlə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, bu, gənclər arasında mütaliə vərdişini inkişaf etdirməyə kömək edəcək.
“Vaxtilə bizdə məscid tikmək dəbdə idi. Mən isə hesab edirəm ki, kitabxanalar tikmək lazımdır”, – deyə o bildirib.
Prezident qeyd edib ki, yaxın vaxtlarda “Oxuyan xalq” təşəbbüsü çərçivəsində Astana və Almatıda gecə-gündüz fəaliyyət göstərəcək prezident kitabxanaları açılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz