
Bu ilin ilk 10 ayında Azərbaycan xarici ölkələrə 12 milyard 162 milyon dollar dəyərində 18 milyon 392,9 min ton xam neft və xam neft məhsulları ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xaricə satdığı xam neftin 1 tonunun orta statistik dəyəri 661 dollar (1 barel 90 dollar) olub.
Qeyd edək ki, Azərbaycan xam nefti ən çox İtaliyaya ixrac edib. Belə ki, İtaliyaya 10 milyon 532,6 min ton xam neft ixrac olunub və bunun statistik dəyəri 6 milyard 812 milyon dollar təşkil edib. İtaliyaya satılan xam neftin 1 barelinin orta gömrük dəyəri isə 88,23 dollar olub.
Miqdar baxımından ikinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 milyon 413,4 min ton xam neft ixrac edilib və ixracın ümumi dəyəri 974,8 milyon dollar təşkil edib.
Xam neft ən yüksək qiymətə Hindistana satılıb. Bu ölkəyə satılan neftin 1 barelinin orta qiyməti 109,55 dollar olub.
Ən aşağı qiymət isə Portuqaliyaya ixrac edilən xam neftdə qeydə alınıb. Bu ölkəyə satılan neftin 1 barelinin orta gömrük dəyəri 76,65 dollar təşkil edib.
Xarici ölkələrə satılan xam neftin miqdarını və dəyərini təqdim edirik:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz