
MLS çempionu “İnter Mayami”nin 39 yaşlı argentinalı superulduzu Lionel Messi Argentina və “Boka Xuniors”un sabiq oyunçusu Karlos Tevezin vida matçında iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
42 yaşlı Tevez 2022-ci ildə təqaüdə çıxacağını açıqlasa da, indi böyük bir tədbir təşkil etmək qərarına gəlib.
Matça hələ cavab verməyən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 41 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo da dəvət olunub.
Tevez Ronaldonun “Mançester Yunayted”də, Messinin isə Argentina millisində komanda yoldaşı olub.
Vida matçı dekabrın 20-də Argentinanın paytaxtı Buenos-Ayresdəki La Bombonera stadionunda keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz