Aparıcının evində saxlanılan şəxslə bağlı bəzi məlumatlar bəlli olub


Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialarla əlaqədar saxlanılan şəxsin fotosu yayılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
“Qafqazinfo” yazır ki, sözügedən şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub.
Bildirilir ki, onun Fira Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmaması müəyyən edilib.

Xatırladaq ki, dünən aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. Onun sözlərinə görə, beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxs evinə daxil olaraq oğurluq edib.
DİN-in Mətbuat xidmətindən aparıcının iddiaları ilə bağlı bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub. Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top