Fidan gürcü həmkarı ilə danışdı – “Beşiktaş” – “Hapoel” insidenti müzakirə olundu


Türkiyə xarici işlər naziri Hakan Fidan Gürcüstan xarici işlər naziri Maka Botçorişvili ilə UEFA Avropa Liqasının əsas mərhələsində Gürcüstanda keçirilən “Beşiktaş” – “Hapoel” oyunu zamanı baş verənləri müzakirə edib.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, Fidan və Botçorişvili “Beşiktaş”ın oyununu izləmək üçün Gürcüstanın Batumi şəhərinə gələn Türkiyə vətəndaşlarının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıb.
Digər tərəfdən, nazirlik mənbələrindən əldə edilən məlumata görə, “Beşiktaş”ın UEFA Avropa Liqası matçını izləmək üçün Batumidə olan Türkiyə vətəndaşlarının vəziyyəti yaxından izlənilir.
Məlumata görə, Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki Baş Konsulluğunun rəsmiləri stadiondadır və vətəndaşların təhlükəsizliyini və hüquqlarının qorunmasını təmin etmək üçün bütün zəruri tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top