Rusiya səfiri İsveç XİN-ə çağırıldı


İsveç Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Belyayevi Polşa hava məkanını pozmaq və Danimarkada təxribat törətmək ittihamları ilə əlaqədar çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsveç XİN məlumat verib.
Qeyd olunub ki, rusiyalı diplomata noyabrın 20-də Polşanın hava məkanının pozulması ilə bağlı Stokholmun mövqeyi çatdırılıb. Bundan əlavə, İsveç tərəfi Danimarka ərazisində Ukrayna və ABŞ vətəndaşına qarşı sui-qəsdin hazırlanması ilə bağlı iddiaları pisləyib. Kopenhagen bu işdə Rusiyanın əli olduğunu bildirir.
“İsveç müttəfiqlərimiz olan Polşa və Danimarkaya tam dəstək verir. Rusiyanın Avropanı bölmək və Ukraynaya dəstəyi sarsıtmaq cəhdləri uğurla nəticələnməyəcək. Biz əsas xarici siyasət prioritetimiz olan Ukraynanı dəstəkləməyə davam edirik", - İsveçin XİN rəhbəri Mariya Malmer Stenerqard bildirib.

DİGƏR XƏBƏRLƏR

Top