Nyu-Yorkda bu parad təxirə salındı – Yüzillik tarixində ilk dəfə…


Nyu-York şəhərində keçiriləcək 100-cü “Macy's” Şükranlıq Günü Paradı tarixində ilk dəfə təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, parad fırtına ilə əlaqədar 28 noyabr şənbə günü keçiriləcək.
Belə ki, təşkilatçılar küləyin sürəti müəyyən bir həddi keçdikdə tədbirin keçirilməsini qadağan edən təhlükəsizlik qaydalarına riayət etmək məcburiyyətində qalıblar.
Qərar ABŞ Milli Hidrometerologiya Xidmətinin cümə axşamı saat 10:00-dan cümə günü saat 1:00-dək qüvvədə olan güclü külək xəbərdarlığından sonra verilib.
Buna görə də, çərşənbə axşamı nəhəng şarların havası çıxarılacaq və Nyu-Cersidə saxlanılacaq, şənbə günü isə yenidən şişirdiləcək.
Paradın keçirilməsi planlaşdırılan vaxtda isə televiziyada keçən ilki paradın yayımı nümayiş olunacaq.
Agentliyin məlumatına görə, parad indiyə qədər təxirə salınmasa da, 1942-ci ildən 1944-cü ilə qədər İkinci Dünya Müharibəsi ilə əlaqədar ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top