"Bakıdakı parkomatlar 1 iyuldan yararsız ola bilər"

"Parklanma ilə bağlı bu gün dərc edilən və əsasən 1 iyuldan qüvvəyə minəcək dəyişikliklər indiki məzmunda sadəcə tətbiq edilə bilməyəcək". Yeniavaz.com xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, həmin qanuna əsasən, bu gün Bakıda olan bütün parkomatlar bu vəziyyətdə qalsalar, 1 iyuldan istifadə üçün yararsız olacaqlar: "Qanunda aydın şəkildə deyilir ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. İndiki parkomatların heç birində həmin funksiyalar yoxdur".

Ekspert bildirib ki, parklanma məsələsi ilə bağlı dəyişikliklərin layihəsi o qədər bərbad vəziyyətdədir ki, onun tətbiqi barədə fərmanın layihəsini hazırlayanlar da xeyli baş sındırıblar: "Yəqin elə bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İdarə olduğunu unudublar, rəsmi mətndə sadəcə "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi" ifadəsi yazıblar".

DİGƏR XƏBƏRLƏR

Top