Tramp Rutte ilə görüşdü – Ukrayna və İranı müzakirə etdilər


ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, görüş Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında baş tutub.
ABŞ Prezidenti NATO baş katibi ilə Rusiya və Ukrayna arasındakı münaqişənin qısa bir vaxtda həlliinin və bu münaqişədə eskalasiyanın qarşısının alınmasının zəruriliyini müzakirə etdiyini bildirib.
Onun sözlərinə görə, tərəflər Rusiya və Ukraynanın münaqişəni genişləndirəcək hər hansı bir hərəkətdən çəkinməsinin vacibliyini qeyd ediblər.
Görüşdə həmçinin, müzakirə edilən əsas mövzular arasında Ukrayna ətrafındakı vəziyyətlə yanaşı, İran münaqişəsi və NATO-nun hərbi xərclərinin artması olub.
Digər tərəfdən, Ağ Ev yaydığı açıqlamada Tramp və Rutte görüşünü çox məhsuldar adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top