
Şimali Koreya (KXDR) lideri Kim Çen In nüvə silahı istehsalı müəssisələrinə baş çəkib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Şimali Koreya mediası fotolar dərc edib.
Bu fotolar artıq sensasiyaya çevrilib. Belə ki, fotolarda uranın zənginləşdirilməsi üçün sentrifuqlar, eləcə də əvvəllər məlum olmayan Şimali Koreya nüvə reaktorlarının komponentlərinə bənzər avadanlıqlar öz əksini tapıb.
Bundan əlavə, bir neçə fotoşəkildə nüvə və termonüvə başlıqları bulanıq təsvirlərlə göstərilib.
Qeyd edək ki, bundan əvvəl “Bloomberg” agentliyi Kim Çen Inın ABŞ Prezidenti Donald Trampla görüşməkdən imtina etdikdən sonra nüvə başlıqları və onlar üçün material istehsal edən müəssisəyə baxış keçirmək qərarına gəldiyini bildirmişdi.
O, həmçinin, Vaşinqtonu Seulun nüvə sualtı qayığı əldə etmək təşəbbüsünü dəstəkləməkdə günahlandırmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz