Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü – Fotolar


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh Körpüsü” təşəbbüsünün 5-ci dəyirmi masa müzakirəsi çərçivəsində iştirakçılarla görüşüb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi iştirakçıların suallarını cavablandırıb və fikir mübadiləsi aparıb.
Qeyd edək ki, bu gün İrəvanda “Sülh Körpüsü” təşəbbüsünün beşinci iclası başlayıb. İclasın əsas proqramı iki gün - 26 və 27 noyabr tarixlərində keçiriləcək. Görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.
Xatırladaq ki, “Sülh Körpüsü” təşəbbüsü iki ölkə vətəndaş cəmiyyəti nümayəndələri arasında etimad yaratmaq və davamlı dialoqu inkişaf etdirmək məqsədi daşıyır. Mütəmadi görüşlər zamanı iştirakçılar sülh prosesinin gedişatını, regional təhlükəsizlik məsələlərini, media əməkdaşlığını və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında vətəndaş cəmiyyətinin rolunu müzakirə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top