Qordon Çempionlar Liqasında həftənin oyunçusu seçildi – “Sabah”a iki qol vurmuşdu...


İspaniyanın “Barselona” klubunun hücumçusu Entoni Qordon Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ingiltərəli futbolçu əsas mərhələnin 5-ci turunda “Sabah”a qarşı oyunda (4:1) iki qol vurub.
Bununla da, kataloniya klubunun oyunçusu səsvermədə PSV-yə qarşı matçda iki qol vuran “Real Madrid”in hücumçusu Kilian Mbappeni (5:1), “Lans”a qarşı matçda iki qol vuran “RB Leypsiq”in cinah oyunçusu Antonio Nusu (3:1) və “Slovan Bratislava”ya qarşı matçda iki qol vuran “ Real Betis”in hücumçusu Kuço Hernandesi (0:2) geridə qoyub.
Ümumilikdə, Qordon cari Çempionlar Liqasında beş oyunda iştirak edib və üç qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top