Ermənistan TRIPP-ə dair bu müqaviləni təsdiqlədi


Ermənistan hökuməti ABŞ-nin “TRIPP Development Company” (TDC) şirkəti ilə birgə “TRIPP İnkişaf Şirkəti” QSC-nin yaradılması ilə bağlı səhmdarlar müqaviləsinin layihəsini təsdiqləyib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin qərarında deyilir.
Qərara əsasən, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə hökumət adından bu müqaviləni bağlamaq səlahiyyəti verilib.
Şirkət, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində Ermənistan-ABŞ strateji əməkdaşlığına dair çərçivə sazişi çərçivəsində yaradılır.
Sənəd 1 iyun 2026-cı ildə Vaşinqtonda, 4 iyun 2026-cı ildə isə Yerevanda imzalanıb, 28 oktyabrda ratifikasiya edilib və 11 noyabrda qüvvəyə minib.
Səhmdarlar müqaviləsində tərəflərin səlahiyyətləri, qarşılıqlı münasibətləri və səhmlərlə təsdiqlənmiş hüquqlarının həyata keçirilməsinin xüsusiyyətləri öz əksini tapacaq.
Şirkətin idarə heyəti beş üzvdən ibarət olacaq və onlardan ikisi Ermənistan tərəfi tərəfindən təyin olunacaq.
Müqaviləyə əsasən həmçinin, tərəflərin razılığı olmadan qərar qəbul etmək mümkün olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top