FİFA da kiberhücuma məruz qaldı


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) kibercinayətkarların qurbanı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Rob Harris “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, hücum nəticəsində məhdud sayda şəxsi və iş məlumatlarına çıxış əldə edilib.
Kiberhücum nəticəsində neçə nəfərin məlumatlarının ələ keçirildiyi, hadisənin nə vaxt baş verdiyini və hansı kommersiya məlumatlarının təsirləndiyini açıqlanmayıb. Məlumatların internetdə yayımlanıb-yayımlanmadığı və ya harada dərc edildiyi ilə bağlı da dəqiq məlumat verilməyib.
FIFA-nın ümumi məlumat bazasının 0,1 faizindən az hissəsinin kiberhücuma məruz qaldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top