Ermənistanda məhkəmə Nəsimi Musayevin həbs müddətini uzatdı


Ermənistanda Sünik məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətinin 3 ay uzadılması barədə qərar çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, məhkəmə prokurorun vəsatətini təmin edərək Nəsimi Musayev barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.
Qeyd edək ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayevin Ermənistanın Sünik rayonunun Sisian icmasının Şəki qəsəbəsindəki 6-cı küçədə yerləşən 20 nömrəli evə qanunsuz daxil olduğu iddia edilir.
Məlumata görə, Musayev aşkar edildikdən sonra atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb.
Bundan sonra Azərbaycan vətəndaşının hadisə yerindən uzaqlaşaraq gizləndiyi, görülən tədbirlər nəticəsində isə saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top