Bakıda yaşayış binasında yanğın olub – Fotolar


Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən mənzildə baş verdiyi məlum olub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 81m² olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10m² sahədə yanıb.
Mənzilin digər otaqları və qonşu mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb”, - məlumatda deyilir.



DİGƏR XƏBƏRLƏR

Top