Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirildi


Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat vyayıb.
Bildirilib ki, bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 2026-cı il 19–20 dekabr tarixlərində keçiriləcək.
“Test imtahanının qeyd olunan tarixlərdə keçirilməsi imtahan prosesinin səmərəli təşkili üçün zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsinə xidmət edir.
İmtahanın keçirilmə tarixi və digər müvafiq məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.
Bununla yanaşı, iştirakçıların imtahana hazırlığının dəstəklənməsi məqsədilə növbəti günlərdə müvafiq mövzularda əlavə vebinar və görüşlərin keçirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top