166 minlik iki boyunbağını ölkəyə qanunsuz keçirmək istədi – Foto


Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, gömrükçülərin yoxlaması nəticəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, 750 əyar 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanan ümumi dəyəri 166 min 610 manat təşkil edən iki ədəd boyunbağı aşkar olunub.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top