
Ermənistan hökuməti noyabrın 26-da keçirilən iclasında “TRIPP Development Company” Qapalı Səhmdar Cəmiyyəti ilə imzalanacaq sazişi təsdiqləyib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, sənədin bir həftə ərzində imzalanması nəzərdə tutulur.
Saziş səhmdarların hüquqlarının həyata keçirilməsi və səhmlərə sahibliklə bağlı məsələləri tənzimləyəcək.
Sazişə əsasən, şirkətdə Ermənistanın payı 26%, ABŞ-nin payı isə 74% olacaq. Direktorlar Şurası 5 üzvdən ibarət olacaq. Onlardan 3-nü ABŞ, 2-ni isə Ermənistan təyin edəcək.
Ermənistan hökuməti adından sənədi ərazi idarəetmə və infrastruktur naziri imzalayacaq.
Sənəddə qərarların qəbul edilməsi üçün tərəflərin hər ikisinin razılığının tələb olunmadığı 16 məsələ qrupu müəyyənləşdirilib. Bunlara siyasi əhəmiyyətli qərarlar, üçüncü tərəflərin mümkün iştirakı, investorların seçilməsi və konsessiya müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsi kimi məsələlər daxildir.
Sazişdə həmçinin qeyd olunur ki, konsessiya hüquqlarını təqdim edən yeganə tərəf Ermənistan olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz