Fransada “Google”un 2 milyard avroya yaxın aktivinə həbs qoyuldu


Fransa məhkəmələri “Google”un 1,9 milyard avroluq (təxminən 3.8 milyard manat) aktivinə həbs qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, vəkil Uilyam Jülye bildirib ki, aktivlər Rusiyanın “Google MMC” şirkəti tərəfindən “Google Ireland Limited” şirkətinə qarşı qaldırılan məhkəmə iddiası ilə əlaqədar olaraq dondurulub.
"Məhkəmə icraçısı "Google France" şirkətinin baş ofisinə gələrək 1.9 milyard avro məbləğində təminat məqsədli həbs qərarı barədə bildirişi təqdim edib", - deyə vəkil bildirib.
Vəkilin sözlərinə görə, bu, şirkətin bank hesablarının birbaşa dondurulması demək deyil.
Həbs “Google France” şirkətinin İrlandiyadakı törəmə şirkətinə müqavilə münasibətləri çərçivəsində borclu olduğu öhdəliklərlə bağlıdır və burada Fransa şirkəti üçüncü tərəf kimi çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Top