Bu ərazilərdə qaz olmayacaq


Sabah Ağdaş rayonunda qazın verilişində fasilə olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top