Balinanı neçə dəfə suya atdılar, geri qayıtdı - SƏBƏBİ VAR İMİŞ - FOTOLAR

Hadisə Norveçdə baş verib. Belə ki, Sofra adasında özünü sahilə vuran bir balinanı xilasedicilər yenidən dənizə qaytarıblar. "Yeniavaz.com"un xarici KİV-ə istinadən xəbərinə görə, balinanın çəkisi çox ağır olduğundan bu işə hətta xüsusi texnika da cəlb olunub. Nəhayət, xilasedicilərin əziyyətindən sonra balinanı suya qaytarmaq mümkün olub. Xilasedicilər tanınsın deyə balinanın üzərinə kiçik bir nişan da qoyublar. Lakin həmin gün axşam sahil mühafizəçiləri xəbər veriblər ki, həmin balina yenidən sahilə qayıdıb. Bunu təsadüf hesab edən xilasedicilər yenidən işçi və texnika cəlb etməklə onu dənizə qaytarıblar. Balina bir neçə saat sonra özünü yenidən quruya atıb. Bu hal bir neçə dəfə təkrar olunub. İki-üç gün davam edən "xilas-qayıtma" əməliyyatı sonda uğursuzluqla nəticələnib.

Dördüncü gün xilasedicilər balinanın yenidən sahilə qayıtdığını və öldüyünü görüblər. Balinanın bu davranışı barədə mətbuatda məlumat yayılandan sonra Norveçin ətraf mühit və iqlim naziri Vidar Hilgesen də hadisə yerinə gəlib. Mütəxəssislər belə qərara gəliblər ki, balinanın bu davranışını aydınlaşdırmaq üçün onun qarnını yarsınlar. Elə hər şey də bundan sonra məlum olub - balinanın mədəsi insanların sahilə atdıqları sellofan torba və plastik qablarla dolu imiş. Balina buna görə əziyyət çəkirmiş.

Norveçin ətraf mühit və iqlim naziri Vidar Hilgesen NRK-ya müsahibəsində: "Balinanın mədəsindən çıxanlar dənizlərin nə qədər çirkləndirildiyini, ekoloji tarazlığın pozulduğunu göstərir. Plastik tullantılar dünyanın ən sürətlə böyüyən ekoloji problemidir. Plastik tullantılar "dəniz canavarı"dır və bununla mübarizə aparmalıyıq",-deyib.

Onun sözlərinə görə, balinalar sellofan torbaları qida zənn edir və udur: "Konkret olaraq bu balinada sellofan torbaları udub və nəticədə həzm sistemi tıxanıb. Balina ağrıdan dolayı özünü sahilə vururmuş. Mən insanlara harada yaşamalarından asılı olmayaraq, plastik qabları və torbaları dənizə, çaya atmamağı tövsiyə edirəm".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top