
ABŞ Prezidenti Donald Tramp bu il 26 noyabrda qeyd olunan Şükranlıq Günü ərəfəsində “Liberty” və “Feather” (“Azadlıq” və “Lələk”) adlı iki hinduşkanı əfv edib.
Yeniavaz.com xəbər verir ki, ənənəvi mərasim Ağ Evin rəsmi “YouTube” kanalında canlı yayımlanıb.
“Mən iki gözəl hinduşkaya tam, mütləq və qeyd-şərtsiz əfv verirəm - Yəni onlar əbədi yaşayacaqlar”, - Amerika lideri bildirib.
Mərasim zamanı quşlardan “Feather” kolluqlara qaçıb. Lakin bu, onun əfv olunmasına mane olmayacaq.
Qeyd edək ki, bu il sayca 79-cu illik Şükranlıq hinduşka mərasimi qeyd olunub. Ənənə 1947-ci ildə Milli Hinduşka İstehsalçıları Federasiyasının ilk dəfə Prezident Harri Trumana hinduşka hədiyyə etdiyi vaxta təsadüf edir. Lakin hinduşkaların rəsmi olaraq bağışlanması ənənəsi 1989-cu ildə Prezident Corc Buşun dövründə başlayıb.
“Liberty” və “Feather” cinsli quşlar Skott və Bekki Raytsell tərəfindən Qərbi Virciniya ştatının Fort Sibert şəhərindəki ailə fermalarında böyüdülüb. Quşlar iyul ayında ora gətirilib və fermerlər onları hər gün insanlara, yüksək səslərə, kameralara və işıqforlara uyğunlaşdırıblar.
Mərasimdən sonra “Liberty” və “Feather” Texasın A&M Universitetinə gedəcəklər. Orada onlar üçün eyvanı və açıq havaya çıxışı olan yeni iqlim nəzarətli bir ev hazırlanıb. Quşlara altı tələbə qulluq edəcək.
Qeyd edək ki, ABŞ-də Şükranlıq Günü hər il noyabrın dördüncü cümə axşamı günü qeyd olunur.
Tətbiqimizi yükləyə bilərsiniz